Monteneqro - Azərbaycan görüşünün təyinatları açıqlandı
UEFA Millətlər Liqasında Monteneqro - Azərbaycan görüşünün təyinatları açıqlanıb.
Sportline.az xəbər verir ki, oyun ispaniyalı hakimlər briqadasına həvalə olunub. Baş hakim Rikardo de Burgos Benqoeçeaya yan xətt hakimləri qismində Roberto del Palomar və Pau Sebrian Devis kömə edəcək.
Dördüncü hakim funksiyasını Xavyer Estrada Fernandes yerinə yetirəcək. Hakim-inspektor Fransadan Paskal Qaribiyan, UEFA nümayəndəsi isə Serbiyadan İqor Radoyiçiç olacaq.
Qeyd edək ki, oktyabrın 10-da Podqoritsadakı "Qradski" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.