Moskva "Dinamo"sunda yeni transfer
Braziliyalı hücumçu Artur Qomeş "Dinamo"nun (Moskva) futbolçusu olub.
Sportline.az paytaxt klubunun rəsmi hesabına istinadla xəbər verir ki, 26 yaşlı vinqerlə 2029-cu ilə qədər razılıq əldə edilib."
"Kruzeryro"dan heyətə qatılan futbolçu üçün Rusiya klubu 5 milyon avro ödəyib.
Qomes 2023-cü ildən Braziliya təmsilçisində çıxış edirdi. 1.5 il ərzində komandası ilə 59 oyuna çıxan futbolçunun aktivində 8 qol və 5 asist var.
Qeyd edək ki, "Dinamo" RPL-da 7 turdan sonra 13 xalla altıncı pillədə qərarlaşır.