Moskva “Spartak”ında yeni rekord qeydə alınıb

“Zenit”-“Spartak” arasında keçirilən Rusiya kubokun yarımfinal matçında qırmızı-ağların qapıçısı Aleksandr Maksimenko rekorda imza atıb.

Sportline.az klubun rəsmi saytına istinadla xəbər verir ki, “Zenit” qarşısında 46-cı dəfə qapısını toxunulmaz saxlıyan rusiyalı qolkiper Aleksandr Maksimenko 21-ci əsrdə “Spartak”ın ən çox quru oyun keçirən qapıçısı olub.

Maksimenko, bu göstəricidə Artem Rebrovu qabaqlayıb (45).

Qeyd edək ki, “Zenit”-“Spartak” oyunu 0-0 hesabı ilə yekunlaşıb və iki matçın nəticəsinə görə 2-1 hesabı ilə qəlib gələn Sankt-Peterburq təmsilçisi kubokun finalına yüksəlib