Motta "Bolonya"nı rəsmən tərk edir

Mottanın "Bolonya"dan ayrılacağı dəqiqləşib.

Sportline.az xəbər verir ki, İtaliya təmsilçisi bu haqda rəsmi saytında məlumat yayıb. 

Klub mütəxəssisə təşəkkürünü bildirib, gələcək karyerasında uğurlar arzulayıb.

Tyaqo Mottanın "Yuventus"un "sükanı arxasına keçəcəyi" gözlənilir.

Qeyd edək ki cari mövsümdə 37 oyundan 68 xal toplayan "Bolonya" 3-cü pillədəki mövqeyi ilə Çempionlar Liqasına vəsiqəni təmin edib.