Mourinyo bu dəfə Moratanı istəyir

Növbəti mövsüm hücum xəttindəki problemləri həll etmək barədə düşünən "Mançester Yunayted" daha bir futbolçunu transfer etmək istəyir. SportLine.az goal.com-a istinadən xəbər verir ki, "Real"ın forvardı Alvaro Morata Joze Mourinyonun hədəfindədir.

Portuqaliyalı mütəxəssis A.Moratanın 9 ay yaşıl meydanlardan kənar qalacaq Zlatan İbrahimoviçi əvəzləyicinə inanır. "Çelsi" də 24 yaşlı forvardın xidmətində maraqlıdır. 

Qeyd edək ki, "Torino"nun hücumçusu Andrea Belottinin də adı "Mançester Yunayted"lə hallanır.