Mourinyo "Fənərbağça"dan ayrıla bilər

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo komandadan ayrıla bilər.

Sportline.az xəbər verir ki, bu haqda İtaliya mətbuatında məlumat paylaşılıb.

Onun yenidən "Roma"nın "sükanı arxasına keçəcəyi" bildirilir.

Portuqaliyalı mütəxəssis mövsümün sonunda paytaxt klubundan ayrılacağı gözlənilən Klaudio Ranyerini əvəzləyəcək namizədlər siyahısındadır.

Qeyd edək ki, Joze Mourinyo bu mövsümün əvvəlində "Fənərbağça"ya baş məşqçi təyin olunub.

Onun İstanbul nəhəngi ilə iki illik müqaviləsi var.