Mourinyo İngiltərə yolçusudur
İngiltərə Premyer Liqa klubunun "Fənərbağça" baş məşqçisi Joze Mourinyonu transfer etmək istədiyi və onun müqavilə ləğvi haqqını ödəməyə hazır olduğu bildirilir.
Sportline.az nəşrinə istinadən xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo ilə bağlı transfer xəbərləri idman gündəmini zəbt edib.
İngiltərə Premyer Liqa komandası "Vulverhempton"un portuqaliyalı baş məşqçi Joze Mourinyo ilə maraqlandığı iddia olunub.
İngiltərə Premyer Liqasında 15 oyunda 9 xal toplayaraq düşmə zonasında yer alan "Vulvermpton"un baş məşqçisi Qari O'Neal ilə yollarını ayırması an məsələsidir.
İspaniyanın Fichajes nəşrinin xəbərinə görə, "Vulverhempton"un baş məşqçi dəyişikliklərinə getməsi gözlənilir və ilk namizəd "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyodur.
Joze Mourinyonun "Fənərbağça" ilə müqaviləsində 5 milyon funt sterlinlik bir ləğv haqqı olduğu və Premyer Liqa komandasının bu məbləği ödəməyə hazır olduğu bildirilib.