Mourinyo: "Onun aşağı liqaya düşməsinə razı olmaram"
"Fənərbağça" komandasının baş məşqçisi Xose Mourinyo, mətbuat konfransında "Mançester Siti" baş məşqçisi Pep Qvardiola ilə aralarındakı mübahisələr haqqında maraqlı açıqlamalar verib.
Sportline.az xəbər verir ki, Pep Qvardiola ilə Xose Mourinyo arasındakı 'çempionluq sayı' mövzusundakı mübahisə ilə bağlı Qvardiola belə bir açıqlama vermişdi:
"Xose Mourinyo, "Mançester Siti" klubunun 1-ci Liqaya və ya Konfrans Liqasına düşməsini istəyənlərdən biridir."
Xose Mourinyo isə Pep Qvardiolanın bu sözlərinə cavab verib.
Mourinyonun cavabı belə olub:
"Pep Qvardiola məni sevir, mən də onu sevirəm. Onların aşağı liqaya düşməsini istəmirəm. Mən ədaləti görmək istəyirəm. Kiçik komandalar limitlərini 5-10 avro keçəndə cəza alır. "Roma" klubunda bu limit problemini yaşamışam. Böyük klubların bu sistemdən qaçmasını doğru hesab etmirəm. Tək istədiyim ədalətdir, qarşılıqlı pis niyyət heç vaxt olmayıb."