Mourinyo "Yuventus"un ulduzunu istəyir

Jose Mourinyonun rəhbərliyi ilə transfer çalışmalarına start verən "Fənərbağça"nın növbəti hədəfi ABŞ-li futbloçudur.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Sarı-lacivərtlilər"in portuqaliyalı çalışdırıcısı "Yuventus"da çıxış edən Veston Makkenninin trasnfer edilməsini tələb edib.

"Fənərbağça"nın idman direktoru Mario Brankonun 25 yaşlı mərkəz yarımmüdafiəçisinin meneceri ilə görüşüdüyü və maliyyə şərtlərinin müzakirə edildiyi öyrənilib.

Ulduz futbolçu 2021-ci ildə Almaniyanın “Şalke” komandasından “Yuventus”a 21,9 milyon avroya transfer olunub.

Qeyd edək ki, Amerika Kubokunda ABŞ millisinin heyətində çıxış edən Makkenni ötən mövsüm A Seriyasında 34 oyuna çıxıb və 7 məhsuldar ötürmə edib. İtaliya kubokunda isə 4 oyunda 3 asisti var.