Mourinyonun göz yaşları
Konfrans Liqasının yarımfinal mərhələsinin “Roma” – “Lester” təkrar oyunundan (1:0, ilk matç 1:1) sonra duyğusal anlar yaşanıb.
Sportline.az xəbər verir ki, İtaliya klubunun finala yüksəldiyi qətiləşəndən sonra komandanın baş məşqçisi Joze Mourinyo göz yaşlarını saxlaya bilməyib. Onun ağlaması kameralara tuş gəlib.
Qeyd edək ki, portuqaliyalı mütəxəssis 3 avrokubok turnirində finala çıxan ilk məşqçi olub. Bundan əvvəl onun çalışdırdığı komandalar Çempionlar Liqası və Avropa Liqasının həlledici matçlarında oynayıb.