Mövsümün ən erkən qolu

Topaz Premyer Liqasının 13-cü turu çərçivəsində keçirilən "Kəpəz" - "Qəbələ" matçında 2017/2018-ci il mövsümünün ən erkən qolu vurulub. SportLine.az xəbər verir ki, "radarlar"ın hecumçusu Baqali Dabo 26-cı saniyədə rəqib qapısına yol tapıb.

Xatırladaq ki, bunadək mövsümün ən erkən qolu Milan Durç (“Zirə”) və Mirabdulla Abbasovun (“Neftçi”) aktivində idi. Milan I turda “Səbail”in, Mirabdulla X turda “Sumqayıt”ın qapısına erkən qol vurmuşdu. Dabo həm də ardıcıl 3-cü oyunda qol vurmaqla rekord müəllifi olub. XI turda “Səbail”ə 2, ötən tur “Neftçi”yə 1 qol vuran hücumçu cari mövsüm ardıcıl 3 turda fərqlənən ilk oyunçudur.