Mövsümün ən yaxşı futbolçusu müəyyənləşdi

Bundesliqada 2016/2017-ci il mövsümünün ən yaxşı futbolçusu bəlli olub.

SportLine.az xəbər verir ki, "Kicker" nəşrinin 248 oyunçu arasında keçirdiyi səsvermədə "Bavariya"nın hücumçusu Robert Levandovski qalib gəlib. Səslərin 25%-ni toplayan polşalı futbolçunun ən yaxın izləyiciləri Nabi Keyta ("Leyptsiq") və Pyer-Emerik Obameyanqdır ("Borussiya" Dortmund).

Qeyd edək ki, R.Levandovski son mövsüm bundesliqdaa 33 matçda 30 qol vurub, 5 qolun ötürməsini verib.