Murad Əhmədiyev Avropa Olimpiya Təsnifat turnirində mübarizəni dayandırıb

Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəni dayandırıb.

Sportline.az xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda Almaniya təmsilçisi Lukas Aleksandros Lazoqianisə məğlub olub - 5:7.

Qeyd edək ki, hər çəkidə finala yüksələcək iki güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edəcək.