Murad Məmmədov debüt etdi, komandası mərhələ adladı

Azərbaycanlı futbolçu Murad Məmmədovun da formasını geyindiyi "Pafos" (Kipr) Avropa Liqasının 2-ci təsnifat mərhələsində “Hayduk”la cavab matçına çıxıb.

Sportline.az xəbər verir ki, görüş "Pafos"un 4:0 hesablı qələbəsi ilə bitib. İki matçın cəmində Kipr təmsilçisi 4:2 hesablı üstünlüklə mərhələ adlayıb.

Bu, Muad Məmmədovun "Pafos"da ilk rəsmi oyunu olub. 20 yaşlı futbolçu meydana 82-ci dəqiqədə İvan Şuniçin əvəzinə daxil olub.

Qeyd edək ki, Murad Məmmədov bu ilin may ayında "Neftçi"dən ayrılıb və "Pafos"a keçib.

Banner