Murad Musayev: Bu mənim karyeramın ən vacib oyunudur

"Krasnodar"ın baş məşqçisi Murad Musayev "Zenit"lə Super Kubok oyunu öncəsi mətbuat qarşısına çıxıb.

Sportline.az Sport24.ru-ya istinadla xəbər verir ki, 40 yaşlı mütəxəssis mətbuat konfransında maraqlı açıqlamalar verib.

"Sabah böyük oyun var. Klub tarixində ilk kuboku qazanmaq şansımzı həyata keçirə bilərik.Oyunçular görüşə hazır və həvəslidirlər.

Cəsarətli və inamlı oyunla hədəfə doğru getməliyik. Demək olar ki, bu mənim karyeramın ən vacib oyunudur.

Smolov ayın 18-dən bəri komanda ilə birgə bütün məşqlərdə iştirak edir. Qazinski cəmi iki-üç gündür ki, ümumi məşqlərə başlayıb. Ona hələ iki həftə lazımdır. Serqey Petrov zədə səbəbindən sabah meydana çıxmayacaq.

Qapıda kim yer alacaq? Mən qərar vermişəm. Sabah biləcəksiniz" deyə Musayev bildirib.

Qeyd edək ki, Super Kubok oyunu iyulun 13-də Volqoqradda keçiriləcək.