Murad Musayev: "O, çempionatın ən yaxşı qapıçısıdır"

"Sabah"ın baş məşqçisi Murad Musayev "Krasnodar"ın qolkiperi Matvey Safonovu Rusiya Premyer Liqasının ən yaxşı qapıçısı adlandırıb.

Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, 2018-2021-ci illər ərzində sözügedən klubu çalışdıran mütəxəssis Safonovu Rusiyanın 1 nömrəli qapıçısı hesab etdiyini bildirib: "Fikrimcə o, ən yaxşılardan biri deyil, ən yaxşı qapıçıdır. Millidə də əsas qapıçı olması təsadüfi deyil".

Qeyd edək ki, Transfermarkt portalı "Krasnodar"la 2026-cı ilədək müqaviləsi olan qolkiperin transfer qiymətini 15 milyon avro kimi göstərir.