Murad Musayev "Zenit"ə ilk məğlubiyyətini yaşatdı

Rusiya Premyer Liqasının 10-cu turunda Murad Musayevin rəhbərlik etdiyi "Krasnoadar" "Zenit"i qəbul edib.

Sportline.az xəbər verir ki, matç meydan sahiblərinin 2-0 hesablı qələbəsi ilə yekunlaşıb.

"Krasnodar"ın qələbə qollarını Con Kordoba (88) və Fyodor Smolov vurub.

Xallarının sayını 24-ə çatdıran "Krasnodar" liderliyə yüksəlib. Liqada ilk məğlubiyyətini alan "Zenit" 23 xalla 3-cüdür.