Musa Qurbanlıdan fantastik göstərici
Azərbaycan Premyer Liqasının 7-ci turunda “Zirə” ilə bu gün keçirilən qarşılaşma “Qarabağ”ın futbolçusu Musa Qurbanlı üçün əlamətdar olub.
Sportline.az xəbər verir ki, gənc hücumçu bu görüşdə 4 qol vurub.
Bununla da Musa Premyer Liqada ilk dəfə həm het-trikə, həm də pokerə imza atıb.
Qeyd edək ki, oyun "Qarabağ"ın 7:1 hesablı qələbəsi ilə başa çatıb.