Musa Qurbanlının son durumu açıqlandı
"Qarabağ"ın forvardı Musa Qurbanlının durumuna aydınlıq gətirilib.
Sportline.az xəbər verir ki, Misli Premyer Liqasının 30-cu turunda “Turan Tovuz”la (2:1) oyunda görüşdə zədələnmiş Qurbanlının mövsümün qalan hissəsində meydana çıxmayacağı dəqiqləşib.
Həkim müayinəsindən sonra onun dizindəki zədənin ciddi olduğu aşkarlanıb.
Xatırladaq ki, Musa Qurbanlı “Turan Tovuz”la görüşün 10-cu dəqiqəsində zədələnərək meydanı tərk etmişdi.