Muslera rəsmi müqavilə imzaladı
"Qalatasaray" qapıçısı Fernando Muslera ilə yeni müqavilə imzalayıb.
Sportline.az xəbər verir ki, uruqvaylı qolkiperlə müqavilənin müddəti 2024-cü ilin iyununa kimi uzadılıb. Bununla bağlı İstanbul təmsilçisi imzalanma mərasimi də təşkil edib.
Qeyd edək ki, Muslera 2011-ci ildən "Qalatasaray"da oynayır.