Mütləq çempion ideal boksçunun adını açıqladı

Yarımağır çəkidə mütləq dünya çempionu Artur Beterbiyev idel boksçu adına kimi layiq gördüyünü açıqlayıb.

Sportline.az xəbər verir ki, rusiyalı idmançı bu şərəfə Məhəmməd Əlini layiq görüb.

"Müdafiə, ayaqla hərəkətlər, boksçu dünya görüşü, fərdi ustalıq və s. Bütün bunları Məhəmməd Əlinin boksunda tapmaq olar", - deyə Beterbiyev "Daily Mail"ə müsahibəsində bildirib.

Qeyd edək ki, Artur Beterbiyev fevralın 22-də Dmitri Bivolla döyüşə çıxacaq.

Onlar mütləq dünya çempionluğu uğrunda dueldə münasibətləri aydınlaşdıracaqlar.