Mütləq çempion titulundan məhrum edildi
Amerikalı boksçu Terens Krouford mütləq dünya çempionu titulundan məhrum olub.
Sportline.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Boks Federasiyası (IBF) qərar qəbul edib.
Terens bu titula iddiaçı Karon Ennislə rinqə çıxmayacağına görə bu vəziyyətlə üzləşib.
Səbəb isə onun Errol Spenslə revanş üçün müqavilə öhdəlikləridir.
Bu halda İBF versiyasında mütləq dünya çempionu titulu Karon Ennisə keçib.
Qeyd edək ki, Krouford bu ilin iyul ayında Errol Spens üzərində qələbə ilə bu ada layiq görülmüşdü.