Nadal "Real" - "Mançester Siti" oyununu izləmək üçün bunu etdi
Məşhur tennisçi Rafael Nadal bu gün Madriddəki Masters turnirində Miomir Kecmanoviçlə görüşünün vaxtının dəyişdirilməsini istəyib.
Sportline.az "Marca"ya istinadən xəbər verir ki, buna səbəb Nadalın Çempionlar Liqasının yarımfinalında "Real" - "Mançester Siti" oyununu izləmək istəməsidir. O, yarışın direktoru Felisiano Lopezə müraciət edib. Nadal "Real" - "Mançester Siti" matçına çata bilməsi üçün saat 18:00-da başlayacaq görüşünün vaxtının dəyişdirilməsini istəyib.
Qeyd edək ki, "Real" - "Mançester Siti" görüşü saat 23:00-da başlayacaq. Komandalar arasında ilk matç "şəhərlilər"in 4:3 hesablı qələbəsi ilə başa çatıb.