Nainqqolan keçmiş komandasına qayıtdı
“İnter”in yarımmdafiəçisi Raca Nainqqolan mövsümün ikinci hissəni “Kalyari”də davam etdirəcək.
Sportline.az xəbər verir ki, bu haqda klubun saytı məlumat yayıb.
Belçikalı futbolçu mövsümün sonunadək icarə qaydasında “qırmızı-qaralar”ın heyətində çıxış edəcək. Əlavə edək ki, Nainqqolan 2019/20 mövsümündə də “Kalyari”də (icarə qaydasında) oynayıb.
Futbolçunun “İnter”lə müqaviləsi 2022-ci ilin yayında başa çatır.