Namik Ələskərov: "Qol vurmaqda çətinlik çəkirəm"

"Son vaxtlar qol vurmaqda çox çətinlik çəkirəm".

Sportline.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Namik Ələskərov Türkiyə "Bursaspor"undakı çıxışı barədə danışarkən deyib.

Evdə "Kocaelispor"a 2:1 hesabı ilə qalib gəldikləri ev oyununda yararlana bilmədiyi qol epizodundan söz açan 27 yaşlı yarımmüdafiəçi bunu tələskənliklə əlaqələndirib: "Bir addım öndə olsaydım, daha yaxşı olardı. Bir qol vursam, bəlkə də davamı gələcək. Amma heç cür tilsimi qıra bilmirəm. İnanıram ki, qarşıdakı matçlarda fərqlənərək, komandama kömək edə biləcəyəm".