"Napoli" "İnter"in ulduzuna 9 milyon avro təklif edir
“Napoli” klubu argentinalı Mauro İkardini heyətə qatmat istəyir.
Sportline.az xəbər verir ki, neapollular “İnter”in hücumçusunun ilinə 9 milyon avro təklif ediblər.
Amma, Milan təmsilçisi əsas “qol slah”ını “Napoli”yə deyil, “Yuventus”a satmaq niyyətindədir.
İtaliya mətbuatının yazdığına görə, turinlilər “İnter”in tələb etdiyi 110 milyon avronu ödəməyə razı olduqlarını bildiriblər.