"Napoli"ni ərəb klubuna dəyişdi

Kolumbiya millisinin qapıçısı David Ospina "Napoli"dən ayrılaraq "Al-Nasr"a keçib.

Sportline.az Ər-Riyad klubunun saytına istinadən xəbər verir ki, 33 yaşlı qolkiperlə 2 illik müqavilə imzaladığını açıqlayıb. O, komandaya azad agent kimi qoşulub.

Qeyd edək ki, Ospina ötən mövsüm A Seriyasında 31 matçda meydana çıxıb.