Nazarov oynadı, komandası məğlub oldu
Azərbaycan millisinin üzvü Dmitri Nazarovun şərəfini qoruduğu "Ertsqebirge Aue" Almaniya II Bundesliqasında növbəti oyununu keçirib. SportLine.az xəbər verir ki, rəqib Braunşvayq "Aytraxt"ı olub.
Qarşılaşma rəqibin xeyrinə yekunlaşıb - 1:3.
D.Nazarov meydana start heyətində daxil olub və 56-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Ertsqebirge Aue" 20 turdan sonra 23 xalla 15-ci pillədə qərarlaşıb.