Nazarov Şimali İrlandiyaya qarşı oynaya biləcək?

Avstriya toplanışında zədələnən Dmitri Nazarovun vəziyyətinə aydınlıq gəlib. SportLine.az xəbər verir ki, futbolçunun vəziyyəti qənaətbəxşdir. Maqnit Rezonans Tomoqrafiyasından sonra onun oyunadək tam hazır olacağı müəyyənləşib.

Futbolçu artıq komanda ilə birgə məşqlərə başlayıb. Onun ayın 10-da keçiriləcək Azərbaycan - Şimali İrlandiya matçında meydanda olacağı gözlənilir.