Nazarovun cəzası açıqlandı
Almaniya Futbol İttifaqının İntizam Komitəsi milli komandamızın yarımmüdafiəçisi Dimitri Nazarovu cəzalandırıb.
Sportline.az xəbər verir ki, Almaniya 2-ci Bundesliqasının 11-ci turunda “Yan Regensburq”a qarşı matçın 20-ci dəqiqəsində topu bilərkdən rəqib futbolçusunun üzünə vuraraq birbaşa qırmızı vərəqə alan “Erzgebirge”nin futbolçusu 3 oyunluq cəzalandırıb. Bundan başqa, klub 3 min avro məbləğində cərimələnib.