NBA: Los Anceles derbisində drammatik anlar yaşandı

NBA-nın müntəzəm çempionatı davam edir.

Sportline.az xəbər verir ki, bu gün keçirilən Los-Anceles derbisi maraqlı mübarizəyə səhnə olub.

"Klippers"lə görüşün son perioduna 21 xal geridə başlayan "Los Anceles Leykers" burada sərgilədiyi mükəmməl oyunla geridönüş edərək azarkeşlərini sevindirib - 116:112.

Bu "Leykers"in cari mövsümdəki 32-ci qələbəsidir.

Qeyd edək ki, matçın ən məhsuldar oyunçusu 34 xal, 6 ribaund, 8 asistlə "Leykers"dən Lebron Ceyms olub.