"Neftçi" bugünkü oyuna 4 itki ilə çıxacaq

"Neftçi"nin 4 futbolçusu bu gün "Araz-Naxçıvan"a qarşı oyuna çıxa bilməyəcək.

Sportline.az xəbər verir ki, bərpa prosesi keçən qapıçı Emil Balayevlə yanaşı kəskin respirator virus infeksiyası diaqnozu ilə müalicə alan cinah müdafiəçisi Ömər Buludov bu matçı buraxmalı olacaq.

Dizindəki ağrılarla bağlı müalicəsi davam edən digər qolkiper Aqil Məmmədov və fərdi olaraq hazırlıq keçən yarımmüdafiəçi Ataa Caber də meydana çıxmayacaq.

Qeyd edək ki, oyun saat 19:00-da başlanacaq.