"Neftçi" daha bir futbolçusu ilə razılığa gəldi

"Neftçi" daha bir futbolçusu ilə növbəti mövsüm üçün razılığa gəlib.

Sportline.az xəbər verir ki, əsas müdafiəçilərdən olan Mamadu Mboc daha bir "ağ-qara" formanı geyinəcək.

Seneqallı oyunçu bununla əlaqədar instaqram hesabında paylaşım edib. O, kubokla birlikdə fotosunu dərc edərək, "To be continued" (davam edirik) yazıb.

Qeyd edək ki, Mamadu Mboc 2019-cu ildən "Neftçi"də çıxış edir. O, 2020/2021 mövsümündə Azərbaycan çempionu olub. Paytaxt təmsilçisi daha əvvəl öz yetirməsi Ömər Buludovla 3 illik yeni müqavilə imzaladığını açıqlayıb.