"Neftçi" Gəncədə 3 xal qazandı
Topaz Premyer Liqasında 9-cu tur həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək. Turnir cədvəlinin son pillələrində qərarlaşan "Kəpəz" ilə "Neftçi" birincilərin meydanında münasibətləri aydınlaşdıracaq.
Uzun fasilədən sonra doğma stadiona qayıdan Gəncə təmsilçisi azarkeşlərini qələbə ilə sevindirmək niyyətindədir. Aktivində 7 xalı olan "ağ-qaralar" isə 3 xalla "Sumqayıt"a çatmağı planlaşdırır.
Qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək.
21 oktyabr 2017
TPL, 9-cu tur
“Kəpəz” – “Neftçi” - 0:1
QOL: Ruslan Abışov, 41 (0:1)
Gəncə şəhər stadionu
Standings provided by Sofascore LiveScore