"Neftçi" kapitanını itirdi

Azərbaycan kubokunda yarımfinala vəsiqə qazanan "Neftçi" növbəti görüşdə Ruslan Abışovun xidmətindən yararlana bilməyəcək. SportLine.az xəbər verir ki, 1/4 final mərhələsi çərçivəsində "Zirə"yə qarşı oyunda sarı vərəqə görən kapitan cəzalı duruma düşüb. Buna görə, növbəti oyunu buraxmaq məcburiyyətində qalıb.

Qeyd edək ki, "ağ-qaralar"ın yarımfinal mərhələsindəki rəqibi "Səbail" - "Qəbələ" duelindən sonra müəyyənləşəcək.