"Neftçi" "Keşlə"ni xalsız qoydu

Bu gün Topaz Premyer Liqasında 13-cü tur start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.

Son turlar özünə gəlməyə çalışan "Neftçi" "Keşlə"ni qəbul edəcək. Ardıcıl məğlubiyyətlərlə zirzəmiyə yuvarlanan qonaqlar bu dəfə azarkeşlərini sevindirmək niyyətindədirlər. "Ağ-qaralar" isə "Sumqayıt"a çatmaq üçün 3 xala ehtiyac duyur.


25 noyabr 2017
TPL, 13-cü tur

“Neftçi” – “Keşlə” - 3:1
QOLLAR: 
Mirabdulla Abbasov, 34 (1:0); İqnasio Hererra, 51 (2:0); Adrian Skarlatake, 69 (2:1); Ruslan Abışov, 89 (3:1)

Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Ramil Diniyev
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
8-ci km qəsəbə stadionu

Standings provided by Sofascore LiveScore