"Neftçi" məğlubiyyətlə barışdı

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II dövrə başlanıb.

Sportline.az xəbər verir ki, IV turun ilk oyunu keçirilib.

Lider “Murov” “Neftçi” ilə görüşdə də büdrəməyib. “Neftçi”nin gücü yalnız bir set qazanmağa çatıb. Yekunda “Murov” rəqibini 3:1 (25:22, 25:22, 16:25, 25:21) hesabı ilə məğlubiyyətə uğradıb.

Bu qalibiyyət sayəsində komanda xallarının sayını 12-yə çatdırıb.

Qeyd edək ki, tura MOİK - “Xarı bülbül” görüşü ilə yekun vurulacaq.