"Qarabağ" - "Neftçi" duelinin hakimləri açıqlandı

Topaz Premyer Liqasının 14-cü turunda sabah keçiriləcək “Qarabağ” – “Neftçi” oyuna hakim təyinatı açıqlanıb.

SportLine.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, matçın baş hakimi Fariz Yusifov olacaq. Ona Vaqif Musayev və Akif Əmirəli köməklik edəcək. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Neftçi" görüşü sabah saat 18:30-da başlayacaq.