"Neftçi" - "Qarabağ" görüşü ona həvalə olundu

Azərbaycan Premyer Liqasında IX turun növbəti təyinatları müəyyənləşib.

Sportline.az xəbər verir ki, sabah keçiriləcək “Sabah” – “Zirə” matçını Rauf Cabarov idarə edəcək.

Turun sabaha təyin olunan mərkəzi qarşılaşması - “Neftçi” – “Qarabağ” görüşünə isə Rəhim Həsənov təyinat alıb.

Azərbaycan Premyer Liqası

IX tur

15:00. “Neftçi” – “Qarabağ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Orxan Məmmədov
Hakim-inspketor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
“Bakcell Arena”

17:00. “Sabah” – “Zirə”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Nahid Əliyev, Fərid Hacıyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“Bank Respublika Arena”