"Neftçi" "Qarabağ" qarşısına itkilərlə çıxacaq
“Neftçi”nin 3 futbolçusu Azərbaycan Premyer Liqasının XXV turunda “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.
Sportline.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, fərdi olaraq hazırlıq keçən müdafiəçi Azər Əliyev fizioterapiya prosesindədir.
Qapıçı Emil Balayev, eləcə də Fələstin millisində olarkən zədələnən yarımmüdafiəçi Ataa Caber bərpa və müalicə mərhələsini davam etdirirlər.
Qeyd edək ki, martın 3-də “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” görüşü saat 19:00-da başlayacaq.