"Neftçi" - "Qarabağ": VAR təyinatı açıqlandı
Azərbaycan Premyer Liqasında XXXII turun son oyununun bütün təyinatları müəyyənləşib.
Sportline.az xəbər verir ki, əzəli rəqiblər “Neftçi” ilə “Qarabağ” arasında keçiriləcək görüşün VAR hakimi açıqlanıb.
Azərbaycan derbisində Cavid Cəlilov VAR-da baş hakimə köməklik göstərəcək.
Görüşə AVAR kimi isə Eyyub İbrahimov təyin olunub. Qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.
Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qarabağ” oyunu saat 20:00-da başlanacaq.