"Qəbələ" paytaxtda 3 xal qazandı

Bu gün Topaz Premyer Liqasında 12-ci tur yekunlaşacaq. SportLine.az xəbər verir ki, son oyun günündə bir oyun keçiriləcək. Çempionluq uğrunda mübarizə aparan "Qəbələ" son turlar özünə gəlməyə çalışan "Neftçi" ilə üz-üzə gələcək.

"Ağ-qaralar" qələbə qazanmaqla "Sumqayıt"a çatacaq. "Radarlar" isə "Zirə" ilə xal fərqini azaltmaq üçün 3 xala ehtiyac duyur.

8-ci km stadionunda keçiriləcək matçın start fiti saat 17:00-da səslənəcək.


18 noyabr 2017
TPL, 12-ci tur

"Neftçi" - "Qəbələ" - 2:3
QOLLAR: 
Emin Mahmudov, 19 (1:0); Baqali Dabo, 21 (1:1); Kiril Petrov, 48 (2:1); Ruslan Qurbanov, 56/p. (2:2); Jozef-Monroz, 80 (2:3)
Hakim: Əliyar Ağayev
8-ci km stadionu