"Sumqayıt"dan qələbə, "Neftçi" "Sabah"ı məğlub etdi

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı tura yekun vurulub.

Sportline.az xəbər verir ki, “Neftçi" doğma meydanda "Sabah"ı qəbul edib və minimal hesabla qalib gəlib.
 
Turun qapanış matçında isə "Sumqayıt"la "Zirə" üz-üzə gəlib, görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsilə başa çatıb.
 
Xatırladaq ki, ilk oyun günündə “Səbail”lə “Keşlə” heç-heçəyə razılaşıb (1:1), “Qarabağ” isə “Qəbələ”yə böyük hesabla (3:0) qalib gəlib.
 
Azərbaycan Premyer Liqası

6-cı tur

18 oktyabr
 
14:00. "Neftçi" - "Sabah" 1:0
Qol: Namiq Ələskərov, 29
Qırmızı vərəqə: Mamadu Kane, 75 ("Neftçi")
Hakimlər:
 Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Bakı. "Bakcell Arena".
 
16:00. "Sumqayıt" - "Zirə" 2:1
Qollar: Rəhim Sadıxov, 35-penalti (1:0), Davit Volkov, 40 (1:1), Tellur Mütəllimov, 59 (2:1)
Hakimlər:
 Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Sumqayıt. "Kapital Bank Arena".

17 oktyabr
 
14:00. "Səbail" - "Keşlə" 1:1

16:00. "Qarabağ" - "Qəbələ" - 3:0