"Neftçi" "Sivasspor"a uduzdu
"Neftçi" Türkiyənin Bolu şəhərindəki təlim-məşq toplanışı çərivəsində növbəti yoxlama oyununu keçirib.
Sportline.az xəbər verir ki,Laurentsiu Regekampfın baş məşqçilik etdiyi kollektiv Türkiyə Superliqası təmsilçisi “Sivasspor”la üz-üzə gəlib. Qarşılaşma "Sivasspor"un 1:0 hesablı qələbəsi ilə başa çatıb. 18-ci dəqiqədə İsaak Kofye fərqlənib.
Qeyd edək ki, "Neftçi" Boludakı ilk yoxlama matçında "Sakaryaspor"la 1:1 hesablı heç-heçə edib. "Ağ-qaralar" hazırlıq prosesində daha bir matç keçirməyi planlaşdırır.