"Qarabağ" "Keşlə"ni üstələdi, "Neftçi" "Sumqayıt"a uduzdu

Bu gün futbol üzrə Azərbaycan Kuboku turnirində 1/4 final mərhələsinin daha 2 ilk oyunu keçiriləcək.

Sportline.az xəbər verir ki, əvvəlcə "Bakcell Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gələcək.

Günün son matçında isə "Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunda "Keşlə"ni qəbul edəcək. 

Azərbaycan Kuboku

16 dekabr (bazar ertəsi)

20:00. “Qarabağ” – “Keşlə” 1:0

Qol: İsmayıl İbrahimli, 53

Hakimlər: Səbuhi Bayramov, Müslüm Əliyev, Eyyub İbrahimov, Nicat İsmayıllı

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Tofiq Bəhramov adına Respublika Stadionu. 

18:00. “Neftçi” – “Sumqayıt” 0-1

Qol: Rəhim Sadıxov, 48

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: İlham Əliyev

“Bakcell Arena”