"Neftçi" "Sumqayıt"la oyuna hazırlaşır
|
“Neftçi” Topaz Premyer Liqasının 10-cu turundakı rəqibi - “Sumqayıt”la oyunun hazırlığına başlayıb. Sportline.az klubun saytına istinadən xəbər verir ki, ardıcıl 3 oyundur qalib gələn komandanın məşqi İsmət Qayıbov adına təlim-məşq bazasının meydanında olub. Qeyd edək ki, “Neftçi” – “Sumqayıt” matçı oktyabrın 29-da 8-ci kilometr qəsəbə stadionunda keçiriləcək. |