"Neftçi" finalda!
Bu gün Azərbaycan kubokunda yarımfinalın cavab oyunlarına start verilib.
Sportline.az xəbər verir ki, ilk matç günündə 1 görüş keçirilib. "Neftçi" "Turan Tovuz"u qəbul edib. İlk qarşılaşmada 0:1 hesabı ilə uduzan Bakı klubu cavab görüşündə 2:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Komanda bərabərlik qolunu 90+3-də, qələbə qolunu isə 90+8-ci dəqiqədə vurub.
Qeyd edək ki, matçın gedişatında “Neftçi”nin vurduğu iki qol VAR qərarı ilə ləğv olunub.
Sabah isə "Səbail" - "Qəbələ" oyunu keçiriləcək.
Əlavə edək ki, Azərbaycan kubokunun finalı iyunun 3-ü oynanılacaq.
26 aprel
20:00. "Neftçi" - "Turan Tovuz" - 2:0
Qol: Emin Mahmudov, 90+3, Sayef, 90+8
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rəhman İmami, İnqilab Məmmədov
“Bakcell Arena”
İlk oyun - 0:1
27 aprel
20:00. "Səbail" - "Qəbələ"
"ASCO Arena"
İlk oyun - 2:3