"Neftçi" ukraynalı futbolçu transfer edib

"Neftçi" heyətini ukraynalı hücumçu ilə gücləndirib.

Sportline.az klubun rəsmi hesabına istinadla xəbər verir ki,"ağ-qaralar" Andrey Ştoqrinlə razılığa gəlib.

Paytaxt təmsilçisi 25 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlayıb. O, "Neftçi"nin heyətində 88 nömrəli formanı geyinəcək.