"Neftçi" yeni hücumçu transfer etdi

"Neftçi" klubu yeni futbolçu transfer edib.

Sportline.az xəbər verir ki, bu, bolqarıstanlı hücumçu Əhməd Əhmədovdur. 26 yaşlı forvard Bolqarıstanın MOİK (Sofiya) klubundan mövsümün sonunadək icarəyə götürülüb.

Qeyd edək ki, milliyyətcə türk olan Əhməd Əhmədov ilk dəfə legioner həyatı yaşayacaq. O, Bolqarıstanın "Çernomorets" (Burqas), "Burqas", "Pomorye" və "Dunav" (Ruse) komandalarının da formasını geyinib. Əhmədov 2020-ci ilin fevralından çıxış etdiyi MOİK-də 5 qol vurub.