"Neftçi"nin 4 futbolçusu yeni klub tapmalıdır
"Neftçi" klubu qış fasiləsində 4 futbolçusunu icarəyə vermək qərarına gəlib.
Spotline.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin prezidenti Orxan Hüsyenzadə jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, müdafiəçilər Rahil Məmmədovla Məqsəd İsayev və yarımmüdafiəçilər Tərzin Canahgirovla Fəhmin Muradbəyli özlərinə yeni komanda tapmalı olacaqlar.